İranda güclü zəlzələ baş verib
Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, episentri Xuzistan əyalətinin Heftgel şəhəri olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 07.32-də qeydə alınıb.
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5,6 və 4,9 bal gücündə iki zəlzələ baş verib.
Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, episentri Xuzistan əyalətinin Heftgel şəhəri olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 07.32-də qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı olub-olmadığı barədə hələlik açıqlama verilmir.
Eyni bölgədə saat 07:53-də ikinci zəlzələ baş verib. 4,9 bal gücündə olan yeraltı təkanların ocağı da 10 kilometr dərinlikdə yerləşib.
Әlaqәli Xәbәrlәr
Suriyada pasport prosedurları başlayıb
Suriyada yeni administrasiya pasport prosedurlarına başlayıb.
İran: Avropaya uçuşlarımız yenidən başlayacaq
İran mülki aviasiyasının Avropaya uçuşları yanvarın 31-dən başlayacaq.