Rusiya Aralıq dənizində raketlərlə təlimlər keçirdi
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə ...
2216634
Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Aralıq dənizində yüksək dəqiqlikli raketlərlə təlimlər keçirdiyini bildirib.
Nazirlikdən verilən məlumata görə, Rusiya Hərbi Dəniz Donanması qoşunların hazırlığı çərçivəsində dekabrın 1-3 tarixlərində Aralıq dənizinin şimal hissəsində təlim təşkil edib.
Rusiya Hərbi Dəniz Donanması komandanı, admiral Aleksandr Moiseyevin sədrliyi ilə keçirilən təlimdə 1000-dən çox əsgər, 10 gəmi və 24 təyyarə, o cümlədən “Miq-31” tipli təyyarə olub.
Hərbi manevrlər çərçivəsində dekabrın 3-də dənizdən və havadan yüksək dəqiqliyə malik “Kalibr”, hipersəsli “Tsirkon” və “Onisk” qanadlı raketləri atılıb və müəyyən edilmiş hədəflər vurulub.