Gürcüstanda aksiyaçılar dağılışmağa başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etirazlar zamanı polisin dəfələrlə gözyaşardıcı qazla müdaxiləsindən sonra nümayişçilər dağılmağa başlayıb.

2216339
Gürcüstanda aksiyaçılar dağılışmağa başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etirazlar zamanı polisin dəfələrlə gözyaşardıcı qazla müdaxiləsindən sonra nümayişçilər dağılmağa başlayıb.

Noyabrın 28-də hökumətin Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqları dayandırmaq qərarına qarşı başlayan nümayişlər çərçivəsində dünən axşam paytaxt Tbilisidə yenidən toplaşan minlərlə insanla polis arasında bir neçə dəfə gərginlik yaşanıb.

Parlament binasının önünü mühasirəyə almağa çalışan nümayişçilərin geniş təhlükəsizlik tədbirləri alan polisə atəşfəşanlıq və daş atmasından sonra polis gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Daha sonra nümayişçilər parlament binasının yaxınlığında Şota Rustaveli küçəsində barrikadalar quraraq polisə boya, daş və şüşə butulka kimi müxtəlif əşyalar atıblar.

Nümayişçilərin hücumlarına polis qrupları da bibər qazı ilə cavab verib.

Bir neçə nəfərin saxlanıldığı etiraz nümayişi səhər saatlarına qədər davam edib.

Şota Rustaveli küçəsindəki nümayişçilər yerli vaxtla saat 06:00 radələrində dağılışmağa başlayanda yüzlərlə nümayişçi İlya Çavçavadze küçəsinə doğru yürüş edib.

Bir qrup nümayişçi Tbilisi İvane Cavaxişvili Dövlət Universitetinin qarşısında gözləməyə davam edir.

Gürcüstan prezidenti Salome Zurabişvili "X" hesabında etdiyi paylaşımda polisin parlament qarşısında nümayişçilərə müdaxiləsinə reaksiya verib.

Dinc nümayişə polisin müdaxilə etdiyini qeyd edən Zurabişvili deyib:

“Bu, ifadə azadlığına və etiraz etmək hüququna hücumdur”. 

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada nümayişdə bəzi qrupların zorakılıq hərəkətlərinə əl atdığı bildirilib.



Әlaqәli Xәbәrlәr