Tbilisidə nümayişçilər tərəfindən bağlanan küçə polisin müdaxiləsi ilə açılıb

Gürcüstanın paytaxtı Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyası səbəbindən bağlanan küçə polisin müdaxiləsi ilə açılıb.

2215159
Tbilisidə nümayişçilər tərəfindən bağlanan küçə polisin müdaxiləsi ilə açılıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırdıqdan sonra paytaxt Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyası səbəbindən bağlanan küçə polisin müdaxiləsi ilə açılıb.

İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması ilə bağlı gecə saatlarında parlament binası qarşısında başlayan etiraz aksiyası bu gün səhərə kimi davam edib.

Gecə yarısına doğru bəzi nümayişçilər parlament binasının bir hissəsini mühasirəyə almağa cəhd edəndə polislə toqquşma baş verib.

Təhlükəsizlik qüvvələri nümayişçilərə təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib.

Səhərə yaxın nümayişçilər Şota Rustavli küçəsində barrikadalar quraraq od yandıraraq polisə daş, dəmir və plastik butulkalar atmağa başlayıblar.

Səhər saatlarında nümayişçilərə müdaxilə edən polis qrupları prospekti yol hərəkətinə açıb.

Gürcüstan Daxili İşlər Nazirliyi bəzi nümayişçiləri zorakılıq aksiyaları təşkil etməkdə ittiham edərək onlardan 43-nün saxlanıldığını, 32 polis əməkdaşının isə yaralandığını açıqlayıb.

Gürcüstan prezidenti Salome Zurabişvili "X" hesabından etdiyi paylaşımda nümayişçilərə qarşı polisin müdaxiləsinə reaksiya verib.

Zurabişvili qeyd edib ki, müdaxilə zamanı polis qrupları nümayişçilərə və jurnalistlərə hücum edib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr