Qərb sanksiyalara davam edərsə, İran nüvə silahına keçə bilər

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən mətbuat konfransında A.Erakçi deyib ...

2215030
Qərb sanksiyalara davam edərsə, İran nüvə silahına keçə bilər

 

  İranın Xarici işlər naziri Abbas Erakçi bəyan edib ki, Qərb sanksiyaları yenidən tətbiq etməklə hədələsə, İran nüvə silahı əldə etməyə keçə bilər.

  Portuqaliyanın paytaxtı Lissabonda keçirilən mətbuat konfransında A.Erakçi deyib: “Avropa ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sanksiyaları yenidən tətbiq etsələr, İranda hər kəs nüvə silahına sahib olmamaq doktrinasının yanlış olduğunu düşünəcək.

  Noyabrın 29-da İsveçrənin Cenevrə şəhərində avropalılarla müzakirələrə nikbin baxmırıq.

  İran Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarlarından sonra yeni və qabaqcıl sentrifuqları istismara vermək qərarına gəlib”.

  Qeyd edək ki, İran və İngiltərə Fransa və Almaniya xarici işlər nazirləri müavinlərinin bu gün Cenevrədə keçiriləcək görüşündə İranın nüvə proqramı və regional hadisələri müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr