“Tərəfdaşlarımızdan bir irəliləyiş görmürük”, V.Zelenski

“X” hesabından açıqlama verən Zelenski belə deyib ...

2206908
“Tərəfdaşlarımızdan bir irəliləyiş görmürük”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk bölgəsində 11 min Şimali Koreya əsgərinin olduğunu söylədi. O, “X” hesabından verdiyi açıqlamada Rusiyanın Kursk bölgəsində yaratdıqları qoruyucu ərazini müdafiə etdiklərini bildirdi.

  Zelenski Kurskda Şimali Koreya əsgərlərinin olduğuna dair kəşfiyyat məlumatlarına sahib olduqlarını deyib: "Hal-hazırda Kursk bölgəsində 11 min Şimali Koreya əsgəri var. Bu qüvvələrin sayında artım görürük, lakin təəssüf ki, tərəfdaşlarımızdan bir artım görmürük".

  Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin iyun ayında Şimali Koreyaya rəsmi səfərdə olub və tərəflər arasında əhatəli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

  Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və NATO-dan oktyabr ayının sonunda edilən açıqlamalarda Şimali Koreyanın Rusiyaya əsgər göndərdiyi və onların Ukrayna sərhədinə yaxın Kursk bölgəsində yerləşdirildiyi qeyd olunmuşdu.



Әlaqәli Xәbәrlәr