Albaniya ilə Kosovonu birləşdirən Böyük Kukes körpüsü açıldı
Albaniyanın Baş naziri Edi Rama müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslərlə birlikdə nəqliyyatın hərəkətinə açılan körpünün açılış mərasimindəki çıxışında deyib ...
Albaniyanın şimalındakı Kukes şəhərində Kara Drin çayı üzərində inşa edilən və Kosovo ilə daha təhlükəsiz yol olan Böyük Kukes körpüsü nəqliyyata açılıb.
Albaniyanın Baş naziri Edi Rama müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslərlə birlikdə nəqliyyatın hərəkətinə açılan körpünün açılış mərasimindəki çıxışında deyib: “Bu körpü ilə köhnə iki zolaqlı körpüdəki tıxacı nəhayət, aradan qaldıracağıq. Tikintisinə 2020-ci ildə başlanan, həm də sənət əsəri olacaq bu körpü təxminən 40 milyon avroya başa gəlib”.
Albaniya ilə Kosovonu birləşdirən Millətin Yolu (Rruga e Kombit) şossesi daxilində inşa edilən 4 zolaqlı Böyük Kukes körpüsü uzunluğu 310, hündürlüyü 56 metr olan geniş tağvari metal konstruksiyadan ibarətdir.
Әlaqәli Xәbәrlәr
Dəməşqdə 100-ə yaxın cəsəd tapılıb
Baas rejiminin devrilməsindən sonra ölkədə axtarış və kəşfiyyat işləri davam edir.
Şia əl-Sudani Entoni Blinkenlə görüşüb
Şia əl-Sudani ABŞ dövlət katibi Entoni Blinkeni Bağdaddakı ofisində qəbul edib.