Azərbaycan və Ermənistan prezidentləri ortaq nizamnaməni təsdiqləyib

Müəyyən aralıqlarla toplanan komissiya 30 avqustda iş prinsiplərini tənzimləyən ortaq nizamnaməni qəbul etmişdi

2203164
Azərbaycan və Ermənistan prezidentləri ortaq nizamnaməni təsdiqləyib

 

Azərbaycan və Ermənistan prezidentləri iki ölkə sərhədinin müəyyənləşdirilməsi ilə məşğul olan komissiyaların iş prinsiplərini tənzimləyən ortaq nizamnaməni təsdiqləyiblər.

Azərbaycanın Prezident Administrasiyasından verilən məlumata görə, İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Müəyyənləşdirilməsi və Sərhəd Təhlükəsizliyi ilə bağlı Komissiyaların birgə fəaliyyətləri haqqında Nizamnamə"nin təsdiqlənməsi barədə fərman imzalayıb.

Ermənistan Prezident Administrasiyasının açıqlamasında da Prezident Vahaqn Xaçaturyanın həmin nizamnaməyə dair 23 oktyabrda Milli Məclisdə qəbul edilmiş qanunu imzaladığı qeyd edilib. İki ölkənin sərhəd xəttinin müəyyənləşdirilməsi üçün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi altında birgə komissiya yaradılmışdı.

Müəyyən aralıqlarla toplanan komissiya 30 avqustda iş prinsiplərini tənzimləyən ortaq nizamnaməni qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr