Ermənistan Azərbaycana təklif irəli sürüb

N.Paşinyan paytaxt İrəvanda təşkil edilən mətbuat konfransındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyevə sərhəddə ikitərəfli görüş keçirməyi təklif edərək deyib ...

2182008
Ermənistan Azərbaycana təklif irəli sürüb

 

  Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 17 maddəsinin 13-ü üzrə razılığın əldə olunduğunu bəyan edib və bu maddələrlə barış müqaviləsinin imzalanmasını təklif edib.

  “Armenpress”in məlumatına görə, N.Paşinyan paytaxt İrəvanda təşkil edilən mətbuat konfransındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyevə sərhəddə ikitərəfli görüş keçirməyi təklif edərək deyib: “Vasitəçilik təklifləri və xüsusən də Rusiya prezidenti Vladimir Putinin sülh sazişinin imzalanmasına töhfə verməkdən məmnun olacağı barədə son bəyanatı onların üçtərəfli danışıqları istisna etmədikləri anlamına gəlir. Lakin biz ilkin olaraq Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlara üstünlük veririk.

  Ermənistan Azərbaycana razılaşdırılmış maddələrlə sülh sazişi imzalamağı və qalan məsələləri gələcək danışıqlara buraxmağı avqustun 30-da təklif etdi.

  Sülh sazişinin yekun layihəsində 17 maddə var. Giriş bölümü də daxil olmaqla, bunların 13-ü razılaşdırılıb. Digər 3 maddə birdən çox cümlədən ibarətdir. Və bu maddələrin əksəriyyətinin mahiyyəti razılaşdırılıb.

  Biz aşağıdakıları təklif edirik: razılaşdırılmış bütün maddələr və bəyanatları götürüb sülh müqaviləsi kimi imzalayaq.

  Azərbaycanla imzalanmış atəşkəs sazişindən çıxmaq niyyətində deyilik, amma Rusiyadakı bəzi tərəfdaşların sazişin məntiqinə zidd bəyanatlar verməsi səbəbindən regional əlaqələr açılmır. Biz ölkəmizin əlaqələrini açmaq istəyirik. Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin etməyə hazırıq. Lakin ərazi bütövlüyü və suverenlik məsələsinin müzakirə olunmasını istəmirik”.



Әlaqәli Xәbәrlәr