İran Xəzər dənizində hərbi təlim keçirir
S.H.Nəcəfinin sözlərinə görə, “Təlimlər qüvvələrin hazırlanması və bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilir”
İran İnqilab Mühafizləri Korpusunun avqustun 11-13-də ölkənin qərbində 3 günlük təlimləri olub.
İran Hərbi Dəniz Donanması 13 avqustda axşam İranın şimal-qərbindəki Gilan əyalətinin Astara şəhəri yaxınlığındakı bazada təlimlər keçirib. Bu barədə “Mehr” agentliyi Astara siyasət, cəmiyyət və təhlükəsizlik üzrə prefekt müavini Seyid Həmid Musəviyə istinadən xəbər verib. Onun deyib ki, təlimin məqsədi strateji müdafiə dəniz qüvvələrinin hazırlığını təkmilləşdirməkdir.
Musəvi qeyd edib ki, təlimlər zamanı xəyali hədəf hava hücumundan müdafiə sistemləri ilə hücumlara məruz qalır.
Bildirək ki, 2 gün əvvəl İranın qərbindəki Kirmanşah əyalətinin İraqla həmsərhəd Qəsre Şirin şəhərinin prefekti Məhəmməd Nəcəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi təlimlər keçirdiyini bildirib. Onun da sözlərinə görə, “Təlimlər qüvvələrin hazırlanması və bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilir”.
Әlaqәli Xәbәrlәr
ABŞ Gürcüstanda seçkilərə müdaxilə planı hazırlayır?
Gürcüstan mətbuatı yazır ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb