İsrailin Suriyanın Homs əyalətinə hücum etdiyi iddia edilib
İsrailin Suriyanın Homs əyalətindəki Şuayerat hərbi hava limanına hava hücumu təşkil etdiyi və bir uşağın öldüyü iddia edilib
İsrailin Suriyanın Homs əyalətindəki Şuayerat hərbi hava limanına hava hücumu təşkil etdiyi və bir uşağın öldüyü iddia edilib.
Suriya dövlətinə yaxınlığı ilə bilinən internet səhifələri İsrail döyüş təyyarələrinin Homsdakı Şuayerat hərbi hava limanına hücum etdiyini iddia edib.
Məlumatda hücum nəticəsində bir uşağın öldüyü, 10 mülki vətəndaşın da yaralandığı bildirilib. Hücumun maddi ziyana səbəb olduğu qeyd olunub.
İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Dəməşq və yaxınlığındakı ərazilərdə Livandakı ''Hizbullah''la yanaşı Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının üzvləri var.
İsrail Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Әlaqәli Xәbәrlәr
“ABŞ-ın İraqdakı missiyası iki mərhələdə sona çatdırılacaq”, S.Abbasi
İraqın müdafiə naziri Sabit Abbasi sözügedən mövzu ilə bağlı deyib...