“Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm”, A.Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın sözlərinə görə ...

2159456
“Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm”, A.Qriqoryan

 

  Ermənistan Amerika Birləşmiş Ştatları ilə birlikdə yeni Atom Elektrik Stansiyası (AES) tikməyi planlaşdırır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Ermənistan-Qərb Tərəfdaşlığı-Avropa İttifaqı: çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib.

  “Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ-la kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun Birləşmiş Ştatların meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-ın daxili proseslərinin başa çatmasını gözləyirik və bundan sonra işə başlayacağıq”, - deyə Qriqoryan bildirib.



Әlaqәli Xәbәrlәr