Rusiyada miqrantların əmək fəaliyyəti ilə bağlı yeni qaydalar
Qeyd edək ki, indiyədək əcnəbilər patent alandan sonra əmək fəaliyyətinə başlamaları barədə məlumatı istənilən vaxt təqdim edə və patentin məbləğini ödəyərək Rusiya ərazisində qala bilirdilər
2085335
Rusiya Federasiyasında miqrantların əmək fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Yanvarın 7-dən Rusiyada işləmək üçün patent alan əcnəbilər iki ay ərzində əmək fəaliyyəti barədə DİN-in ərazi bölməsinə məlumat verməlidirlər. Eyni zamanda, onlar əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin surətini də təqdim etməlidirlər. Əmək fəaliyyəti haqqında məlumat verilmədiyi təqdirdə əcnəbinin patenti ləğv olunur.
Qeyd edək ki, indiyədək əcnəbilər patent alandan sonra əmək fəaliyyətinə başlamaları barədə məlumatı istənilən vaxt təqdim edə və patentin məbləğini ödəyərək Rusiya ərazisində qala bilirdilər.
Әlaqәli Xәbәrlәr
Rusiya Ukraynanın hücumuna qanlı cavab verdi
Partlayış olub, yanğın başlayıb, platforma yararsız hala düşüb ...