İrana məxsus gəmi Somali sahillərində qaçırılıb

Somali sahillərində son bir həftədə İrana məxsus ikinci bir gəmi dəniz quldurları tərəfindən qaçırılıb.

2071323
İrana məxsus gəmi Somali sahillərində qaçırılıb

Somali sahillərində son bir həftədə İrana məxsus ikinci bir gəmi dəniz quldurları tərəfindən qaçırılıb.

Somalinin Kandala regional sədri Əhməd Yusuf Xurşe Putland əyaləti sahillərində İran bayrağı altında üzən gəminin dəniz quldurları tərəfindən qaçırıldığını bildirib.

Xurşe sayı barədə məlumat vermədiyi gəmi heyətinin hamısının xarici ölkə vətəndaşları olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 25-də də Somalinin Putland bölgəsi sahillərində somalili və iranlılardan ibarət 16 nəfərlik heyətlə İran bayraqlı gəmi qaçırılıb.

Piratlar ekipajın sərbəst buraxılması üçün 400 min dollar fidyə tələb ediblər.



Әlaqәli Xәbәrlәr