Rusiya PUA-larla Odessaya hücum edib
Rusiya gecə saatlarında “Şahed” tipli pilotsuz uçan aparatları (PUA) ilə Ukraynanın Odessa vilayətində enerji infrastrukturunu vurub.

Rusiya gecə saatlarında “Şahed” tipli pilotsuz uçan aparatları (PUA) ilə Ukraynanın Odessa vilayətində enerji infrastrukturunu vurub.
Ukrayna ordusu “Cənub” əməliyyat Komandanlığından verilən bəyanatda Rusiya ordusunun “Şahed” tipli PUA-larla gecə saatlarında Ukraynanın cənub bölgələrinə hücum etdiyi bildirilib.
Bəyanatda Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Nikolayev bölgəsində 6, Xerson və Odessa bölgələrində isə bir PUA-nın məhv edildiyi, Odessa vilayətində enerji infrastrukturu obyektinin qeyd edilib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın gecə saatlarında ölkənin müxtəlif bölgələrində PUA-larla hücumlar təşkil etdiyi bildirilib.
Ümumilikdə 38 Rusiyaya məxsus PUA-nın müəyyən edildiyi bildirilən açıqlamada Ukrayna ordusunun hava hücumundan müdafiə döyüşü nəticəsində 29 PUA-nın məhv edildiyi vurğulanıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da administrasiyanın sosial media hesabındakı paylaşımında Rusiyanın gecə saatlarında PUA-larla Kiyevə hücum etdiyini qeyd edib.
Rusiya PUA-larının cənubdan buraxıldığını və təxminən 1000 kilometr məsafə qət etdiyini iddia edən Popko Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən Kiyev yaxınlığında 10-a yaxın PUA-nın vurulduğunu bildirib.
Popko bildirib ki, ilkin məlumatlara görə, hücumda can itkisi və dağıntı olmayıb.