Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhd edən 8 nəfər saxlanılıb

Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, baş nazir və hökumət üzvlərinə sui-qəsd ittihamı ilə 8 nəfər saxlanılıb.

2041734
Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhd edən 8 nəfər saxlanılıb

Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, baş nazir və hökumət üzvlərinə sui-qəsd ittihamı ilə 8 nəfər saxlanılıb.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in xəbərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti və İstintaq Bürosunun əməkdaşlarının əməliyyatları nəticəsində 7-si adı açıqlanmayan “Səlibçilər” Hərbi-Vətənpərvərlik Cəmiyyəti Təşkilatının üzvü olan 8 nəfərin, Ermənistan hökumətinin üzvləri və baş nazir Nikol Paşinyana qarşı əllərində olan silah və sursatlardan cinayət aləti kimi istifadə edərək hakimiyyəti ələ keçirmək üçün razılığa gəldiyi müəyyən edilib.

Həmin şəxslərin Konstitusiyada nəzərdə tutulmayan şəkildə hakimiyyətin səlahiyyətlərini ələ keçirərək hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqları müəyyən edilib.

Axtarışlar zamanı həmin şəxslərdə rabitə vasitələri, rabitə bloklayıcı qurğular, silah-sursat aşkar edilib.

Sözügedən şəxslər Milli Təhlükəsizlik Xidmətinin və İstintaq Bürosunun əməkdaşları tərəfindən saxlanılıb.

Digər tərəfdən, erməni mətbuatında yer alan xəbərlərə görə, bu şəxslərdən birinin İrəvanın keçmiş meri və “Könüllü Mühafizəçilər İttifaqı” ictimai təşkilatının keçmiş vitse-prezidenti Albert Bazeyan olduğu və onun Baş nazir Nikol Paşinyana sui-qəsd planlaşdırmaqda ittiham olunduğu vurğulanıb.

Saxlanılan şəxslərlə bağlı istintaqın davam etdirildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr