Brüsseldə Azərbaycan və Ermənistan arasında görüş olacaq

Sentyabrın 26-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistan arasında görüş olacaq.

2041590
Brüsseldə Azərbaycan və Ermənistan arasında görüş olacaq

Sentyabrın 26-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistan arasında görüş olacaq.

Görüş Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə keçiriləcək.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in Ermənistan Təhlükəsizlik Şurasının Baş Katibliyinə əsaslanaraq verdiyi xəbərə görə, Hacıyevlə Qriqoryan arasında sentyabrın 26-da Brüsseldə keçiriləcək görüşdə Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltsun və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin müşavirləri də iştirak edəcəklər.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Əliyev, Paşinyan və Mişel mayın 14-də Brüsseldə üçtərəfli görüşdə, iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin (AST) Sammiti çərçivəsində Makron və Şoltsunun iştirakı ilə beştərəfli görüş keçiriblər.



Әlaqәli Xәbәrlәr