İrandan Azərbaycan və Ermənistana aviareyslər ləğv edilib
Sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədi ilə İrandan Azərbaycan və Ermənistana bütün uçuşlar növbəti bildirişə qədər təxirə salınıb.

İrandan Azərbaycan və Ermənistana bütün aviareyslər ləğv edilib.
Bu barədə İRNA İran Mülki Aviasiya Təşkilatının rəhbərinə istinadən məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədi ilə İrandan Ermənistan və Azərbaycana bütün uçuşlar növbəti bildirişə qədər təxirə salınıb.
Qeyd edək ki, 44 günlük 2-ci Qarabağ müharibəsindən (2020) sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin atdığı addımlar son günlər gərginliyin artmasına səbəb olub.
Qondarma rejim nəzarəti altında olan torpaqlarda Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmaq, öz mövqelərini möhkəmləndirmək üçün səngərlər qazmaq, müxtəlif istehkam fəaliyyətləri və təxribat cəhdləri kimi silsilə təxribatlar həyata keçirib.
Erməni silahlı dəstələri son bir neçə ayda da Azərbaycan Ordusunun mövqelərini sistemli şəkildə atəşə tutmaqda və minalar yerləşdirməkdə davam edir.
Azərbaycanın qondarma rejimin ləğvi ilə bağlı tələblərinə baxmayaraq, sentyabrın 9-da Ermənistan silahlı qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən qondarma “prezident seçkiləri” gərginliyi daha da artırıb.
Son olaraq Xocavənd rayonu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda Azərbaycan dövlət qurumuna məxsus yük maşını minaya düşüb və 2 nəfər həyatını itirib.
Hadisə yerinə gedən polis maşınının başqa minaya düşməsi nəticəsində 4 polis şəhid olub. Bundan sonra Azərbaycan Müdafiə Nazirliyi Qarabağda konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bildirib.