Ukrayna: Xerson vilayətində suyun səviyyəsi 20 santimetr aşağı düşüb

Kaxovka bəndinin vurulması nəticəsində Xerson vilayətində suyun səviyyəsi 20 santimetr aşağı düşüb.

1997583
Ukrayna: Xerson vilayətində suyun səviyyəsi 20 santimetr aşağı düşüb

Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Kaxovka bəndinin vurulması nəticəsində Xerson vilayətində suyun səviyyəsi 20 santimetr aşağı düşüb.

Prokudin sosial media hesabından yaydığı video açıqlamada seldən zərər çəkmiş Xerson bölgəsindəki son vəziyyəti dəyərləndirib.

Prokudin suyun səviyyəsində azalma tendensiyası müşahidə olunduğunu bildirib:

"Gecə saatlarında suyun 20 santimetr aşağı düşdüyünü görürük. Səhər saatlarına olan məlumata görə, rayonda suyun səviyyəsi 5,38 metrdir. Xerson şəhərində isə 5,35 metr səviyyəsindədir".

Prokudin bildirib ki, bölgənin 32 yaşayış məntəqəsində 3624 ev su altında qalıb, 2352 nəfər və 550-yə yaxın heyvan təxliyə edilib.

Ukrayna Su Elektrik Stansiyaları Korporasiyasının (Ukrgidroenergo) sosial media hesabından edilən paylaşımda Kaxovka bəndində suyun səviyyəsinin azalmağa davam etdiyi bildirilib.

Səhər saat 08:00-a olan məlumata görə, Nikolpol şəhəri yaxınlığındakı bənddə suyun səviyyəsi 11,74 metr təşkil edib.

Paylaşımda “Son gün ərzində bənddə suyun səviyyəsi daha 1 metr aşağı düşüb. İyunun 6-dan bu gün səhər saatlarına qədər suyun səviyyəsi 4,7 metr azalıb” deyilib.



Әlaqәli Xәbәrlәr