Kaxovka bəndinin partladılması nəticəsində bölgəni su basıb

Ukraynada Kaxovka bəndinin partadılmasından sonra bölgəni su basıb.

1997149
Kaxovka bəndinin partladılması nəticəsində bölgəni su basıb

Ukraynada Kaxovka bəndinin partadılmasından sonra bölgəni su basıb.

İyunun 6-da Kaxovka bəndinin vurulmasından sonra sel 600 kvadrat kilometr ərazini əhatə edib. Ukrayna rəsmilərinin məlumatına görə, sel sularının orta hündürlüyü 5 metri keçib. Dnepr çayının bəndin partadılmasından əvvəl və sonrakı vəziyyəti aydın görünür.

Qeyd edək ki, Ukraynada Kaxovka bəndinin partadılması nəticəsində 5 nəfər həyatını itirib, 14 mindən çox evi su basıb.

Çərşənbə axşamı Rusiyanın nəzarətində olan Kaxovka bəndinin vurulmasından sonra Ukraynanın Xerson vilayətində təxliyə və dəyən ziyanın qiymətləndirilməsi işləri davam edir.

Ukrayna administrasiyası 600 kvadrat kilometr ərazinin (84 min futbol meydançası) su altında qaldığını açıqlayıb.

Bölgədəki rusiyapərəst administrasiya bəndin uçması nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb.

Ukrayna bölgə sakinlərinə mina təhlükəsi barədə xəbərdarlıq edib. Xəbərdarlıqda su basan ərazidə minaların suyun səthinə çıxmış ola biləcəyi bildirilib.

Seldən sonra bölgədə partlayan minaların görüntüləri sosial mediada paylaşılıb.

Həm Rusiya, həm də Ukrayna bölgədən təxliyə işləri aparır.

Ukrayna ordusu Xersonda evlərində qapalı qalan ailəyə pilotsuz təyyarə ilə su çəkildiyi anların görüntülərini paylaşıb.

Daşqın nəticəsində minlərlə heyvan tələf olub, Kaxovka bəndindəki balıqlar sahilə çıxıb.

Rusiya və Ukrayna bir-birini Kaxovka bəndini hədəf almaqda ittiham edir.



Әlaqәli Xәbәrlәr