Volodimir Zelenski, Azərbaycan və Fransa prezidenti ilə görüşüb
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelensk bir araya gəlib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb,Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr gündəmə daxiil edilib və Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib və bunun çox yüksək qiymətləndirildiyini deyib.
Zelenski Moldovada Fransa prezidenti Makronla da bir araya gəlib. Makron görüş zamanı mayın 14-də Parisdə Zelenski ilə əldə etdikləri razılaşmanı yenidən müzakirə etdiklərini və həmin razılaşma çərçivəsində Fransanın Ukrayna xalqını hava hücumundan müdafiə vasitələri ilə Rusiyanın hücumlarından qorumağı hədəflədiyini bildirib. Makron Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyaclarına uyğun olaraq ukraynalı qırıcı pilotların təlimlərinə başlamaq üçün atılası addımları da müzakirə etdiklərini deyib.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda mülki helikopter dənizə düşüb, axtarış-xilasetmə əməliyyatı aparılır
Yunanıstanın Euboea sahillərində mülki helikopter qəzaya uğrayıb.