Rusiya MN: Ukraynanın son döyüş gəmisi məhv edildi
Rusiya Müdafiə Nazirliyi Ukrayna donanmasının sonuncu döyüş gəmisinin Odessa limanında məhv edildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukrayna donanmasının sonuncu döyüş gəmisinin Odessa limanında məhv edildiyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumatlar yer alıb.
Açıqlamada Donetsk bölgəsində ən şiddətli qarşıdurmaların Avdeyevka bölgəsində yaşandığı, Rusiya ordusunun bölgəyə raket hücumları təşkil etdiyi və Ukrayna ordusunun Krasnoqorovka və Yasinovataya qəsəbələrindən geri çəkilməli olduğu qeyd edilib.
Donetsk, Xarkov və Zaporojya vilayətlərində də Ukrayna ordusuna aid müxtəlif sursat anbarlarının məhv edildiyi bildirilən açıqlamada Zaporojyada bir komanda məntəqəsinin də məhv edildiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun Ukraynanın Odessa limanına həyata keçirdiyi hücumla bağlı məlumatlar da paylaşılıb.
“Mayın 29-da Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Yuriy Olefirenko” adlı sonuncu döyüş gəmisi Rusiya Hərbi Hava Qüvvələrinin Odessa limanında hərbi gəmilərin estakadasına yüksək dəqiqlikli silahla hücumu nəticəsində məhv edilib”, açıqlamada qeyd edilib.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başlayıb.
Putin bildirib ki, Kiyevin NATO-ya üzvlüyünün qarşısını almaq və onu Rusiyanın təsir dairəsində saxlamaq üçün ölkəni demilitarizasiya və de-nasistlərdən təmizləmək məqsədi daşıyır.
Әlaqәli Xәbәrlәr

Taxıl gəmisi İstanbul boğazından keçdi
Ukrayna taxılını daşıyan “Resilient Africa” adlı yük gəmisi İstanbul boğazından keçib.