Kiyevə endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Rusiya hava qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Rusiya hava qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Kiyev son gündə üçüncü dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının hədəfinə çevrilib. Hücumlarda ən azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hücumda insanlar təşviş içində metro stansiyalarına və sığınacaqlara axışıblar. Bildirilib ki, 20-dən çox PUA hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib.
Ukrayna ordusundan dünən (29 may) verilən açıqlamada Rusiyanın Kiyevi hədəf alan 11 "İsgəndər" raketi atdığı, raketlərin hamısının havada məhv edildiyi açıqlanıb.
Rusiyanın bazar günü gecə 54 PUA ilə Kiyevi hədəf aldığı və onlardan 52-nin zərərsizləşdirildiyi bildirilib.
Rusiyanın paytaxtı Moskva da dron hücumlarının hədəfi olub.
Düşən PUA-ların bəzi binalara cüzi ziyan vurduğu, 1 nəfərin yüngül xəsarət aldığı açıqlanıb.
Kreml mətbuat katibi Dmitri Peskov Moskvaya hücumu Ukraynanın pilotsuz təyyarələrlə təşkil etdiyini bildirib.
“Çox aydındır ki, hücum Kiyev rejimi tərəfindən bizim Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə uğurlu hücumumuza cavab olaraq həyata keçirilib”, -deyə Peskov qeyd edib.
Peskov bildirib ki, hücumlar həm də Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyata” haqq qazandırır.
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun hava bazalarının uzaqmənzilli dəqiq idarə olunan raketlərlə vurulduğunu açıqlayıb.
Ukrayna ordusundan verilən açıqlamada Odessa liman şəhərinə hücumda 5 təyyarənin xidmətdən çıxdığı bildirilib.
Rusiyanın 24 fevral 2022-ci ildə başladığı və 15 aydan artıqdır davam etdiyi müharibədə Zaporojya, Xarkov, Luqansk və Xerson kimi bölgələrdə cəbhə xəttində qarşıdurmalar davam edərkən, xüsusilə son 8 ayda ən şiddətli qarşıdurmaların yaşandığı bölgə Donetesk olub.
Ukraynanın Donetsk vilayətində Baxmut cəbhəsi istiqamətində yerləşdirilən Ukrayna ordusunun artilleriya batareyaları Rusiya mövqelərini intensiv atəşə tutur.
Digər tərəfdən, amerikalı senator Lindsey Qrahamın Ukraynaya səfəri və verdiyi açıqlamalardan sonra Rusiya Qrahamın adını axtarışda olanlar siyahısına əlavə edib.
Xatırladaq ki, amerikalı senator Ukrayna prezidenti Vlodomir Zelenski ilə görüşündə Rusiyanın münaqişədə hərbi itkilərini ABŞ-ın ən yaxşı xərclərindən biri kimi qiymətləndirib.
Әlaqәli Xәbәrlәr

Taxıl gəmisi İstanbul boğazından keçdi
Ukrayna taxılını daşıyan “Resilient Africa” adlı yük gəmisi İstanbul boğazından keçib.