Rusiya-Qırğızıstan birgə hava müdafiə sistemi yaradılır

Bu sistem Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir və ...

1992529
Rusiya-Qırğızıstan birgə hava müdafiə sistemi yaradılır

 

  Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Qırğızıstan arasında birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiq edən qanunu imzaladı.

  V.Putinin imzaladığı qanuna əsasən, Rusiya və Qırğızıstan birgə regional hava hücumundan müdafiə sistemi yaradır. Qeyd olunur ki, bu sistem Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir və bununla da regionun hava hücumundan müdafiəsi təkmilləşir.

  İki ölkə arasında 2022-ci il avqustun 16-da imzalanan müqaviləyə əsasən, Rusiya tərəfinə Qırğızıstanda müvəqqəti istifadə üçün ərazi ayrılacaq.

  MDB-nin digər regional hava hücumundan müdafiə sistemlərinin tərkib hissəsi olan Rusiya-Qırğızıstan Birgə Regional Hava Hücumundan Müdafiə Sistemi qoşunlarının birgə hərəkətlərinin əlaqələndirilməsini Rusiya Hərbi Hava Qüvvələri Komandanlığı həyata keçirəcək.



Әlaqәli Xәbәrlәr