“Biz İrana həyatın bumeranq qanununu xatırlatmaq istəyirik”
Ukrayna prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsini parlamentə təqdim edib

Ukrayna prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsini parlamentə təqdim edib.
Ukrayna parlamentinin Ali Radasının saytında dərc olunan qətnamə layihəsində V.Zelenskinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 27 may 2023-cü il tarixli “İrana qarşı sektoral xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi haqqında” qərarını Ali Radaya təqdim etdiyi bildirilib.
Layihəyə əsasən, Ukraynanın İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulur ki, bu da İranla kommersiya əməliyyatlarına tam qadağa, İranın resurs tranziti, Ukrayna ərazisi üzərindən uçuşları və daşımalarını dayandırmağı əhatə edir.
Bundan əlavə, qanun layihəsinə İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının verilməsinə, o cümlədən bu ölkəyə investisiya qoyulmasına qadağa da daxil edilib.
Digər tərəfdən, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak sosial media hesabında "İran Avropa və Yaxın Şərq üçün təhlükə yaradan terrorçu bir rejimdir və nüvə təcrübələri bütün dünya üçün risk yaradır" sözlərini paylaşıb və yazıb: "Rəsmi Tehran Ukraynaya qarşı müharibədə Rusiyanın mühüm müttəfiqinə çevrilib. İran şəhərlərimizə hücumlar üçün Rusiyaya silah verir. "Şahed" pilotsuz uçan aparatı ilə Kiyevə edilən hücum buna sübutlardan biridir. Prezidentimiz Volodimir Zelenski bu səbəbdən İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsini imzaladı. Biz İrana həyatın əsas qanunlarını, xüsusən də bumeranq qanununu xatırlatmaq istəyirik”.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda mülki helikopter dənizə düşüb, axtarış-xilasetmə əməliyyatı aparılır
Yunanıstanın Euboea sahillərində mülki helikopter qəzaya uğrayıb.