İranda sel fəlakəti nəticəsində 4 nəfər həlak olub

İranın Şimali Xorasan əyalətində baş verən sel fəlakəti nəticəsində 4 nəfər həyatını itirib.

1991853
İranda sel fəlakəti nəticəsində 4 nəfər həlak olub

İranın Şimali Xorasan əyalətində baş verən sel fəlakəti nəticəsində 4 nəfər həyatını itirib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Şimali Xorasan Valiliyinin Böhran İdarəetmə rəisi Qulamrza Şəfik əyalətdə güclü yağışlardan sonra baş verən sellə bağlı açıqlama verib.

Təxminən 20 dəqiqə davam edən leysan yağışdan sonra baş verən selin can və mal itkisinə səbəb olduğunu bildirən Şəfik Faruc şəhərinin kəndlərində seldən sonra başladılan axtarış-xilasetmə əməliyyatları zamanı 2 nəfərin cəsədinin çıxarıldığını, 18 nəqliyyat maşınının isə sel sularında qalıb.

Şirvan şəhərinin Golyan kəndində də avtomobildə olan 2 nəfərin su basması nəticəsində həyatını itirdiyini qeyd edən Şəfik narıncı həyəcan siqnalı verilən yağışa görə Qızıl Aypara və bütün müvafiq dövlət qurumlarının həyəcan vəziyyətində olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr