İran yeni ballistik raketini təqdim edib
İran 2000 kilometr mənzilli yeni ballistik raketini nümayiş etdirib.
1990710

TRT-nin İran rəsmi xəbər agentliyi İRNA-ya istinad etdiyi xəbərə görə “Xeybər” (Xorrəmmşəhr-4) adlı orta mənzilli ballistik raket yüksək səviyyəli hərbçilərin iştirakı ilə təşkil edilən proqramla paytaxt Tehranda təqdim edilib.
Maye yanacaqla işləyən “Xeybər” ballistik raketi 1500 kiloqram döyüş başlığı daşıya bilir.