İran: “Xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən qrup üzvləri həbs edilib”

İran xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən qruplaşmaya qarşı sərt tədbirlər gördüyünü və onun bütün üzvlərini həbs etdiyini açıqlayıb.

1990227
İran: “Xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən qrup üzvləri həbs edilib”

TRT xəbər verir ki bu barədə İran Ədliyyəsi yanında Mizan Xəbər Agentliyi İran Kəşfiyyat Nazirliyinə istinadla məlumat yayıb. Bildirilib ki, xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən qrupa ağır zərbə endirilib.

Sözügedən qrupun düşmən kəşfiyyat xidmətlərinin daxildə və xaricdə iranlıların məlumatlarına çıxış əldə etmək istəyən “böyük layihə”nin hissəsi olduğu və İran rəsmiləri və ölkənin həssas qurumlarına dair məlumat əldə etmək üçün dövlət təşkilatlarına sızmağa cəhd etdiyi, ancaq İran kəşfiyyatı tərəfindən bunun qarşısının alındığı və dəstənin bütün üzvlərinin, xüsusilə də qrup rəhbərlərinin məhkəmə orqanlarının qərarı ilə həbs edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr