“Rusiya maksimum raketlərlə Kiyevə hücum etdi”, S.Popko

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonın verdiyi məlumata görə...

1986881
“Rusiya maksimum raketlərlə Kiyevə hücum etdi”, S.Popko

 

  Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 16-na gecə saatlarından başlayaraq Rusiya qoşunları tərəfindən kamikadze dronları və raketlərin növbəti hücumuna məruz qalıb.

  AZƏRTAC-ın xüsusi müxbiri xəbər verib ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

  Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonın verdiyi məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiyanın Kiyevə 8-ci hava hücumudur.

  "Düşmən bu dəfə PUA-lardan, qanadlı raketlərdən və yəqin ki, ballistik raketlərdən istifadə etməklə eyni vaxtda müxtəlif istiqamətlərdə kompleks hücum etdi. Bu, öz sıxlığına görə ən qısa müddətdə hücuma keçən raketlərin maksimum sayına görə xüsusi hücumdur”, - deyə S.Popko bildirib.

  İlkin məlumatlara görə, zərərsizləşdirilən kamikadze dronları və raketlərin qalıqları paytaxtın Solomen, Şevçenko, Svyatoşin, Obolon və Darnitski rayonlarında dağıntılar yaradıb.

  "Ən böyük ziyan Solomen rayonunda olub - qeyri-yaşayış binasında və bir neçə avtomobil texnikasında yanğın baş verib. Yanğın aradan qaldırılıb. Digər ərazilərdə dəymiş ziyan o qədər də böyük deyil - əksər hallarda dağıntılar aşkar edilib”, - deyə S.Popko sözlərinə əlavə edib.

  Zərərçəkənlər barədə məlumat yoxdur.

 



Әlaqәli Xәbәrlәr