Çavuşoğlu və Lavrov Cənubi Qafqazdakı durumu müzakirə ediblər

Mövlud Çavuşoğlu Moskvada keçirilən Suriya üzrə Xarici İşlər Nazirlərinin dördtərəfli görüşü öncəsi rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

1984840
Çavuşoğlu və Lavrov Cənubi Qafqazdakı durumu müzakirə ediblər

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın paytaxtı Moskvada keçirilən Suriya üzrə Xarici İşlər Nazirlərinin dördtərəfli görüşü öncəsi rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

İki həmkar Cənubi Qafqazdakı durumu müzakirə ediblər.

Bunu nazir Çavuşoğlu nazir tviterdə yazıb.

O bildirib ki, tərəflər həmçinin Ukrayna və Suriyadakı durum barədə də danışıblar.

Qeyd edək ki, Moskvada Türkiye, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.



Әlaqәli Xәbәrlәr