Volodimir Zelenski Ukraynanın Kremlə heç bir hücum təşkil etmədiyini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xerson vilayətində dünən həyata keçirdiyi intensiv hücum nəticəsində 21 nəfərin öldüyünü, 48 nəfərin yaralandığını bildirib.

1982515

Zelenski sosial media hesabından etdiyi paylaşımda Rusiya ordusunun Xerson vilayətində qatar stansiyasına, evlərə, tikinti materialları bazarına, ərzaq mağazasına və yanacaqdoldurma məntəqəsinə hücum etdiyini bildirib.

Zelenski hücumlar nəticəsində 21 nəfərin öldüyünü, 48 nəfərin yaralandığını, ölənlərin hamısının mülki şəxslər olduğunu qeyd edib.

V.Zelenski ötən gecə Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarələrlə hücuma cəhd etdikləri iddiaları ilə bağlı “Biz Putinə hücum etmədik, işi məhkəməyə buraxdıq” deyib.

Zelenski Finlandiyanın paytaxtı Helsinkidə Nordik-Ukrayna sammitindən sonra keçirdiyi mətbuat konfransında Rusiyaya beynəlxalq hüquqla tanınan dövlət sərhədlərinə hörmət etməyi öyrədilməsinin vacibliyini vurğulayıb.

Zelenski Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarələrlə hücum etməyə cəhd etdikləri ilə bağlı iddiaları təkzib edərək, "Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dövləti silahdan öz ərazisini qorumaq üçün istifadə edir” deyib.

Әlaqәli Xәbәrlәr