Suriyalı qaçqınların təhlükəsiz geri qayıtmasının əsas prioritet olduğu barədə razılığa gəlinib

İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Misir və Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər nazirləri suriyalı qaçqınların təhlükəsiz geri qayıtmasının əsas prioritet olduğu barədə razılığa gəliblər.

1981588
Suriyalı qaçqınların təhlükəsiz geri qayıtmasının əsas prioritet olduğu barədə razılığa gəlinib

İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Misir və Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər nazirləri suriyalı qaçqınların təhlükəsiz geri qayıtmasının əsas prioritet olduğu barədə razılığa gəliblər.

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan, Misirin xarici işlər naziri Samih Şükri və İraqın xarici işlər naziri Fuad Hüseyn Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər naziri Feysəl əl-Mikdad ilə İordaniyanın paytaxtı Əmmanda görüşüb. 

"İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri Suriya böhranının və onun beynəlxalq və regional nəticələrinin sona çatmasını prioritet hesab etdiklərini təsdiqləyiblər", - qapalı görüşdən sonra açıqlanan yekun bəyannamədə deyilib. 

Nazirlərin Əsəd rejiminin xarici işlər naziri Mikdad ilə "danışıqlar" mövzusunda razılığa gəldiyinə işarə edilən yekun bəyannamədə BMT-nin cəhdləri ilə uyğun olacaq sözügedən danışıqların təqviminin isə daha sonra qərarlaşdırılacağı vurğulanıb.

Əmmanda keçirilən xarici işlər nazirlərinin toplantısında yekun bəyannamədə “suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıtmasının prioritet məsələ olduğu” vurğulanıb və qaçqınlarla bağlı təcili addımların atılmasının vacibliyi qeyd edilib.

Bəyannamədə Əsəd rejiminin qaçqınların qayıdacaqları bölgələrin ehtiyaclarını BMT qurumları ilə koordinasiyalı şəkildə müəyyənləşdirməyə başlayacağına diqqət çəkilib və qaçqınların geri qaytarılmasını asanlaşdırmaq üçün bəzi addımların atıla biləcəyi bildirilib. 

Bəşər Əsəd rejimi və Əmman hökumətinin ilk mərhələdə İordaniyadakı 1000-ə yaxın suriyalı qaçqının könüllü geri qayıtması üçün BMT-nin müvafiq qurumları ilə əməkdaşlıq edəcəyi bildirilən bəyannamədə İordaniyadan sonra digər ölkələri də əhatə edəcək şəkildə bu dairənin genişləndirilə biləcəyi ifadə edilib. 

Yekun bəyannamədə Suriya ərazisində terrorçu qrupların mövcudluğuna son qoyulması üçün hərtərəfli mübarizə üçün Əsəd rejimi, müvafiq ölkələr və BMT ilə əməkdaşlıq etmək barədə razılığa gəlindiyi də vurğulanıb.

Yekun bəyannamədə Suriya Konstitusiya Komitəsinin yaxın zamanda fəaliyyətini bərpa etməsini təmin edəcək addımların atılmasına dair razılığın əldə edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr