Rusiyada “Dövlətə xəyanət cinayəti”nə dair yeni fərman imzalandı

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna görə...

1981011
Rusiyada “Dövlətə xəyanət cinayəti”nə dair yeni fərman imzalandı

 

  Rusiya prezidenti Vladimir Putin “Dövlətə xəyanət cinayəti”nə dair ömürlük həbs cəzasını nəzərdə tutan fərman imzaladı.

  Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna görə, dövlətə xəyanət cinayətini törədənlərin 20 ilə qədərki həbs cəzası “ömürlük” olaraq dəyişdirildi.

  Terror cinayəti törədənlərin 15 il həbs cəzası 20 ilə qədər çıxarıldı.

  Beynəlxalq terror cinayətləri törədənlərin cəzası 12 ildən “ömürlük”ə qədər uzadıla biləcək.

  Terrorçuluğa çağırış cinayətini törədənlər 5-7, terror qruplaşmalarında iştirak edənlər isə 10-15 il arası həbs cəzasına məhkum olunacaqlar.



Әlaqәli Xәbәrlәr