Avropa İttifaqından Suriyaya yeni sanksiyalar

Avropa İttifaqı (Aİ) narkotik istehsalı və qaçaqmalçılığı ilə əlaqəsi olduqlarını səbəb göstərərək, Suriya ilə bağlı sanksiya siyahısına daha 25 şəxs və 8 təşkilatı əlavə edib.

1979066
Avropa İttifaqından Suriyaya yeni sanksiyalar

Avropa Şurasından verilən açıqlamada siyahıya əlavə edilən şəxs və təşkilatların əksəriyyətinin “Captagon” başda olmaqla narkotik istehsal etdikləri və qaçaqmalçılıqla məşqul olduqları bildirilib. Suriyada rejimin liderliyi ilə narkotik ticarətinin biznes modelinə çevrildiyi ifadə edilən açıqlamada, rejim daxilində olanların qaçaqmalçılıq sayəsində zənginləşdikləri, bu ticarətin rejim üçün gəlir mənbəyi olduğu vurğulanıb.

Sanksiya siyahısına əlavə edilənlər arasında Əsəd ailəsinin üzvləri, o cümlədən Bəşər Əsədin əmisi oğulları, rejim qüvvələri ilə əlaqəsi olan şəxslər və Əsəd ailəsinə yaxın bəzi iş adamları və ölkədə fəaliyyət göstərən “Əl-Cəbəl”, “Castle” və “Aman” adlı özəl mühafizə şirkətlər və onlarla əlaqəli şəxslərin olduğu bildirilib.

Rusiyanın mühəndislik və inşaat şirkəti “Stroytransgaz” və Əsəd rejiminin Neft Nazirliyinin nəzarət etdiyi irəli sürülən “Gecopham” adlı şirkət isə rejimə dəstəkləri səbəbi ilə Aİ-nın Suriya ilə bağlı sanksiya siyahısına salınıb.

Son əlavələrlə Aİ-nin Suriya ilə bağlı sanksiya siyahısındakı şəxslərin sayı 322-yə, təşkilatların sayı isə 81-ə yüksəlib. Sanksiyalara aktivlərin dondurulması, səyahət və maliyyə qadağaları kimi məhdudiyyətlər daxildir.



Әlaqәli Xәbәrlәr