İranda yeni zəhərlənmə hallarının olduğu iddia edilib

İranın Təbriz, Senendec, Urmiya və Kərəc şəhərlərində bəzi məktəblərdə zəhərlənmə hallarının olduğu iddia edilib.

1976502
İranda yeni zəhərlənmə hallarının olduğu iddia edilib

İranın Təbriz, Senendec, Urmiya və Kərəc şəhərlərində bəzi məktəblərdə zəhərlənmə hallarının olduğu iddia edilib.

Sosial mediada paylaşılan və bu gün çəkildiyi deyilən görüntülərdə Təbrizin Zəfəraniye rayonundakı Aseman ibtidai məktəbi tələbələrinin kimyəvi qazdan zəhərləndiyi irəli sürülüb.

Görüntülərdə zəhərlənmə hadisəsindən xəbər tutan valideynlərin məktəbin qarşısına toplaşdığı və burada təcili yardımın gözləndiyi görülüb.

Zəhərlənmə hadisəsindən sonra məktəb direktorunun tələbələrə küçəyə çıxmalarına icazə vermədiyi iddia edilərkən, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilmədiklərini bildirərək reaksiya veriblər.

Yenə sosial şəbəkə istifadəçiləri Kürdüstan vilayətinin Senendec şəhərindəki Nesibe Liseyi, Qərbi Azərbaycanın Urmiya şəhərində Fərzanqan Liseyi, Elburz vilayətinin Kərəc şəhərində Məhəmməd Bakır Liseyi və Mələkzadə İbtidai məktəbinin tələbələrinin zəhərləndiyini iddia ediblər.

Səlahiyyətli qurumlar hələlik bu məktəblərdə neçə nəfərin zəhərləndiyi və zəhərlənmənin mənbəyinin nə olduğu barədə açıqlama verməyib.

Qeyd edək ki, 30 noyabr 2022-ci ildən İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.

İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox tələbə zəhərlənib.

Tələbələrdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və bədəndə uyuşma kimi simptomlar müşahidə olunur.

İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan və Şərqi Azərbaycan, Kürdüstan və Rəzəvi Xorasan əyalətlərində məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox adamın saxlanıldığını bildirib.



Әlaqәli Xәbәrlәr