Rusiya: Ukrayna ordusunun hücumu nəticəsində 7 nəfər yaralanıb

Rusiyada Kursk vilayətinin qubernatoru Roman Staravoyt Ukrayna ordusunun bölgədə həyata keçirdiyi hücumlarda 7 nəfərin yaralandığını bildirib.

1968809

Staravoyt "Telegram" kanalında verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə minaatanlarla hücum etdiyini bildirib.

Staravoyt rayonun Nikolayev-Daryin kəndində törədilən hücumda 3-ü uşaq olmaqla 7 nəfərin yaralandığı barədə məlumatı paylaşaraq, yaralılara lazımi tibbi yardım göstərildiyini bildirib.

Staravoyt hücum nəticəsində bölgənin bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini də açıqlayıb.

Әlaqәli Xәbәrlәr