İsrail Dəməşqə ağır zərbələr endirib

İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun bir üzvü həlak olub.

1968239
İsrail Dəməşqə ağır zərbələr endirib

İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun bir üzvü həlak olub.

İranın yarı rəsmi Tesnim xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun  bəyanatına əsaslanaraq Milad Haydari adlı zabitin səhər saatlarında İsrailin Dəməşqə hücumu nəticəsində həyatını itirdiyini bildirib.

Rütbəsi açıqlanmayan Haydarinin İranın Suriyaya göndərdiyi “hərbi məsləhətçilər”dən biri olduğu vurğulanıb.

İran İnqilab Keşikçiləri Korpusunun yaydığı bəyanatda hücuma lazımi cavabın veriləcəyi bildirilib.

Qeyd edək ki, İran Suriyadakı İnqilab Keşikçiləri Korpusunun üzvlərini “hərbi məsləhətçilər”  adlandırır.



Әlaqәli Xәbәrlәr