İranda baş verən zəlzələ Türkiyedə də hiss olunub
Episentri İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri olan 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
1964313

İranın Xoy şəhərində yerin 7 km dərinliyində 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyenin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD episentri İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri olan 5,6 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Zəlzələnin 7 kilometr dərinlikdə olduğu müəyyən edildikdə sosial mediada zəlzələnin Van və Hakkaridə də hiss edildiyinə dair məlumatlar paylaşılıb.
Zəlzələnin episentrinin Vanın Başkale rayonundan 29 kilometr uzaqlıqda olduğu müəyyən edilib.