İsrail Hələb hava limanına hücum təşkil edib
Suriyanın rəsmi xəbər agentliyi SANA hərbi mənbəyə istinadla xəbər verir ki İsrail, Hələb hava limanına aviazərbələr endirib.
1963391

SANA-nın xəbərinə görə yerli vaxtla saat 03:55-də həyata keçirilən hücum zamanı Hələb şəhər mərkəzinin şərqində yerləşən hava limanı hədəfə götürülüb. Hücum nəticəsində hava limanına ziyan dəyib.
Xatırladaq ki, Bəşər Əsəd Rejimi martın 7-də də hava limanının İsrail tərəfindən hədəf alındığını və xidmətdən çıxdığını irəli sürmüşdü.
Hələbdə İranın dəstəklədiyi xarici terrorçu qruplar, “Hizbullah”a məxsus hərbi məntəqələr, eləcə də rejim ordusunun olduğu məlumdur.
İsrail, Suriya rejiminin hücum iddiası ilə əlaqəli rəsmi açıqlama verməyib. Ancaq vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplara və rejimə məxsus hərbi məntəqələrə fasilələrlə hücumlar təşkil edir.