Yunanıstanın zəlzələ bölgəsinə dəstəyi davam edir
Yunanıstanın zəlzələ bölgəsinə göndərdiyi 250 ton yardım vəsaiti Ədirnə şəhərinə çatıb.

Fevralın 6-da episentri Kahramanmaraş olan və “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən sonra Türkiyeyə dəstəyini davam etdirən Yunanıstan, paytaxt Afinanın da daxil olduğu Attika bölgəsindən 250 ton humanitar yardım materialı göndərib.
TRT xəbər verir ki yardım materialları daşıyan 67 yük maşını İpsala Sərhəd qapısından Türkiyeyə daxil olub. Qida, geyim, ədyal və təcili yardım materiallarından ibarət bağlamalar zəlzələ bölgəsinə çatdırılmaq üzrə Ədirnə stansiyasında qatara yüklənib.
Attika bölgəsi qubernatorunun müavini Vasilis Kokalis yarndım materiallarının dağıdıcı zəlzələdən zərərçəkən insanlara kömək etmək üçün Attika bələdiyyələri vasitəsilə toplandığını, qonşu türk xalqının yanında olduqlarını qeyd edib.
Әlaqәli Xәbәrlәr

Kiyevə hücum olub, ölən və xəsarət alanlar var
Ukraynanın paytaxtı Kiyev mayın 28-nə keçən gecə kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

İranda sel fəlakəti nəticəsində 4 nəfər həlak olub
İranın Şimali Xorasan əyalətində baş verən sel fəlakəti nəticəsində 4 nəfər həyatını itirib.