Yaponiya Baş nazirinin Ukrayna səfəri başlayır
Yaponiyanın Baş naziri Fumio Kisida bu gün Ukraynada səfərdə olacaq.
Yaponiyanın Baş naziri Fumio Kisida bu gün Ukraynada səfərdə olacaq.
Bu barədə Yaponiyanın “NHK” telekanalı hökumət nümayəndəsinə istinadla məlumat yayıb.
Telekanalın xəbərinə görə, Yaponiyanın hökumət başçısı Ukraynayya səfəri çərçivəsində Prezident Volodimir Zelenski ilə görüşəcək.
Qeyd edək ki, bu, Fumio Kisidanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya ilk səfəridir. O, G7 qrupu ölkələrinin başçılarının Ukraynaya səfər etməmiş sonuncu lideri idi.
Xatırladaq ki, səfər planları barədə öncədən bilgi verilməsə də, yanvarın 25-də yaponiyalı siyasətçi bu niyyətdə olduğunu, ancaq konqret qərarın daha sonra açıqlanacağını bildirmişdi.
Әlaqәli Xәbәrlәr

Ukrayna: Xerson vilayətində suyun səviyyəsi 20 santimetr aşağı düşüb
Kaxovka bəndinin vurulması nəticəsində Xerson vilayətində suyun səviyyəsi 20 santimetr aşağı düşüb.