Taxıl Dəhlizi və “Çoxqütblü dünyada Rusiya və Afrika”

"Biz bu ölkələrin Rusiyaya olan 20 milyard dollardan çox borcunu sildik", V.Putin

1962496
Taxıl Dəhlizi və “Çoxqütblü dünyada Rusiya və Afrika”

 

  “Çoxqütblü dünyada Rusiya və Afrika” konfransında V.Putin 2022-ci il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı açıqlamalar verərək deyib: “Sözügedən müqavilə paket şəklində imzalanıb. İlk növbədə, Afrika və digər inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun həyata keçirilməlidir. Bu ölkələrin böyük miqdarda ərzaq məhsullarına ehtiyacları var. Rusiyanın bu məsələ ilə bağlı bütün əsas tələbləri həyata keçirilməlidir. Taxıl və gübrələrin yaxşı bəslənən Avropa ölkələrinə deyil, Afrika kimi ehtiyacı olan dövlətlərə getməsinə önəm verilməlidir. Amma müqavilə çərçivəsində Ukraynadan göndərilən taxılın 45 faizi Avropa, yalnız 3 faizi Afrikaya gedib.

  Taxıl Dəhlizi Sazişi bizim mövqeyimiz nəzərə alınarsa, ədalətli və hərtərəfli həyata keçiriləcək. Buna uyğun olaraq, gələcək iştirakımızla bağlı qərar verəcəyik. 60 gündən sonra müqaviləni uzatmamaq qərarına gəlsək, biz ehtiyacı olan Afrika ölkələrinə bütün məhsulları pulsuz göndərəcəyik.  

  Afrika ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Biz bu ölkələrin Rusiyaya olan 20 milyard dollardan çox borcunu sildik.

  Afrika dövlətləri dünya işlərində öz çəkisini və rolunu durmadan artırır, siyasət və iqtisadiyyat sahəsində özlərini daha inamlı şəkildə ortaya qoyurlar. İnanırıq ki, Afrika yeni formalaşmış çoxqütblü dünya düzənində liderlərdən biri olacaq".



Әlaqәli Xәbәrlәr