Qəzaya uğrayan helikopterdə PKK üzvlərinin olduğu müəyyənləşdirilib
İraq Kürd Regional Rəhbərliyi bu barədə məlumat yayıb.

“Dünən Duhokda qəzaya uğrayan helikopterdə olanların bəzilərinin terror təşkilatı PKK üzvü olduğu müəyyənləşdirilib”.
Bunu İraq Kürd Regional Rəhbərliyi yaydığı məlumatda bildirib.
Bəyanatda, təhlükəsizlik qüvvələrinin qəzaya uğrayan helikopterlə bağlı araşdırma apardıqları, ilkin tapıntıların helikopterin Eurocopter AS350 tipli olduğunu və ölənlərdən bəzilərinin PKK terrorçusu olduqlarını göstərdiyi, helikopterin konkret olaraq kimə aid olduğunun müəyyənləşdirilməsi üçün ətraflı araşdırmanın davam etdiyi bildirilib.
Milli Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada bəzi sosial media hesablarında yer alan “Türkiye Silahlı Qüvvələrinə (TSK) aid helikopterin İraqın şimalında düşdüyü” iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.
Әlaqәli Xәbәrlәr

Yunanıstanın zəlzələ bölgəsinə dəstəyi davam edir
Yunanıstanın zəlzələ bölgəsinə göndərdiyi 250 ton yardım vəsaiti Ədirnə şəhərinə çatıb.
Yaponiya Baş nazirinin Ukrayna səfəri başlayır
Yaponiyanın Baş naziri Fumio Kisida bu gün Ukraynada səfərdə olacaq.