İranda ilaxır çərşənbə faciəsi, 26 ölü

Martın 14-də İranda torpaq çərşənbəsi (Çərşənbə Suri) ilə əlaqədar hadisələr nəticəsində 4 min 368 nəfər yaralanıb.

1960127
İranda ilaxır çərşənbə faciəsi, 26 ölü

TRT, İranın rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər bu barədə açıqlama verib. “Fevralın 21-dən indiyədək keçirilən tədbirlərdə 4 min 368 nəfərin xəsarət alıb, 26 nəfər həyatını itirib”.

C.Miadfərin sözlərinə görə, xəsarət alanlardan 287-si xəstəxanalara yerləşdirilib, 126 nəfərin bədən üzvü amputasiya edilib, 546 nəfər gözündən əməliyyat olunub, 479 nəfər yanıq xəsarəti alıb.

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.



Әlaqәli Xәbәrlәr