Volodimir Zelenski ilə Petr Pavel arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə mübarizədə Ukrayna üçün Çexiyanın dəstəyi vacibdir.

1958556
Volodimir Zelenski ilə Petr Pavel arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə mübarizədə Ukrayna üçün Çexiyanın dəstəyi vacibdir.

Zelenski özünün tviter hesabından etdiyi paylaşımda Çexiya Prezidenti Petr Pavel ilə telefon danışığı apardığını bildirərək, “ Rəsmi olaraq vəzifəsinin icrasına başlaması münasibətilə Paveli təbrik etdim”  deyib.

Prezident Pavelə cəbhədəki vəziyyət və Ukraynanın təhlükəsizlik ehtiyacları barədə məlumat verdiyini deyən Zelenski Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsini müzakirə etdiklərini qeyd edib.

Prezident Pavellə əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərinə də diqqət çəkən Zelenski “Rusiya təcavüzü ilə mübarizədə Ukrayna üçün Çexiyanın dəstəyi vacibdir” ifadəsindən istifadə edib.



Әlaqәli Xәbәrlәr