Cenevrədə taxıl müqaviləsi ilə bağlı görüş keçiriləcək
Mariya Zaxarova bəyan edib ki, martın 13-də İsveçrənin Cenevrə şəhərində Rusiya nümayəndə heyəti ilə BMT nümayəndələri arasında taxıl sazişi ilə bağlı görüş keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, martın 13-də İsveçrənin Cenevrə şəhərində Rusiya nümayəndə heyəti ilə BMT nümayəndələri arasında taxıl sazişi ilə bağlı görüş keçiriləcək.
Paytaxt Moskvada keçirilən həftəlik mətbuat konfransında Zaxarova Türkiye, Ukrayna, Rusiya və BMT arasında iyulun 22-də İstanbulda imzalanan taxıl daşınması müqaviləsinin uzadılmasına toxunub.
Zaxarova "Martın 13-də Cenevrədə Rusiya nümayəndə heyətinin və BMT-nin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. Bu görüşdə taxıl sazişi müzakirə olunacaq" deyib.
Zaxarova iddia edib ki, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınmasında maneələr aradan qaldırılmayana qədər sazişin uzadılması ehtimalı azdır.
Ötən il “Şimal axını 1” və 2-ci təbii qaz boru kəmərlərində baş verən partlayışlara toxunan Zaxarova Almaniya, İsveç və Danimarkadan Rusiyanın da iştirakı ilə müstəqil və hərtərəfli araşdırma aparılmasını tələb etdiklərini bildirib.
"Bu istəklər nəzərə alınmayıb. Qərb bu məsələdə Rusiya Federasiyası ilə hər hansı təmasdan imtina edir", -deyə bildirən Zaxarova partlayışlarla bağlı açıq və şəffaf araşdırma aparılmalısının vacibliyini vurğulayıb.