Naziri daşıyan helikopter qəzaya uğrayıb

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopter Baft şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb.

1950923
Naziri daşıyan helikopter qəzaya uğrayıb

Bu barədə “IRNA” agentliyi məlumat yayıb. Bildirilir ki qəza nəticəsində üçü ağır olmaqla 18 nəfər yaralanıb.

Xəsarət alaraq xəstəxanaya çatdırılan sərnişinlərdən biri - nazirin müşaviri həyatını itirib. Qəza ilə bağlı istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr