Rusiyanın START müqaviləsilə bağlı açıqlaması

Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakını "nüvə tarazlığının proqnozlaşdırıla bilənliyi" üçün dayandırdığı bildirilib.

1950084
Rusiyanın START müqaviləsilə bağlı açıqlaması

Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakını "nüvə tarazlığının proqnozlaşdırıla bilənliyi" üçün dayandırdığı bildirilib. 

Kreml sözçüsü Dmitri Peskov Rusiya dövlət tərəfindən dəstəklənən "RT" telekanalına verdiyi açıqlamada ölkəsinin qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ ilə Yeni START-3-də iştirakını dayandırmasını qiymətləndirib.

Rusiyanın START-3 razılaşmasından çıxmadığını vurğulayan Peskov deyib:

“Rusiya Prezidenti Vladimir Putin də Rusiyanın müqavilədən çıxmadığını, əksinə onu dayandırdığını vurğulayıb”. 

Müqavilə çərçivəsində ABŞ və digər ölkələrin israr etdiyi nəzarət şərtlərinin qəbuledilməzliyinə işarə edən Peskov bildirib ki, bu şərtlər NATO-nun da getdikcə daha çox cəlb olunduğu bugünkü münaqişə şəraitində mümkün deyil. Üstəlik, NATO müqavilənin tərəfi olduğunu iddia etdi”.

Dmitri Peskov bildirib ki, Rusiya digər ölkələrin nüvə potensialını nəzərə almalıdır:

“Biz Almaniya və Fransanın nüvə potensialını da nəzərə almalıyıq ki, bu da çox vacibdir. Prezidentimizin və ölkəmizin əsas məqsədi bu nüvə tarazlığının davam etməsini təmin etməkdir”. 

Digər tərəfdən, Peskov Rusiyanın START-ı davam etdirməsinin Qərb ölkələrindən asılı olduğunu bildirib.

Dmitriy Peskov paytaxt Moskvada verdiyi açıqlamada Rusiyanın START-3 qərarına qərb ölkələrinin ilkin reaksiyalarının danışıqlar üçün "ümidverici" olmadığına diqqət çəkib:

"Şərtlər zamanla dəyişə bilər. Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməsi, o cümlədən silahlara nəzarət məsələləri ilə bağlı hər şeyi etməsi və rəqiblərimizin normal müzakirə üçün şərtlərinin yaranmasını gözləyərkən səbirli yanaşmamız çox vacibdir". 

Danışıqların şərtləri dəyişərsə, Rusiyanın START-3--ü davam etdirə biləcəyini bildirən Peskov onu da deyib ki, hər şey Qərbin yanaşmasından asılı olacaq. Əgər onlar bizim narahatlığımızı nəzərə almaq iradəsini nümayiş etdirsələr, vəziyyət dəyişəcək".



Әlaqәli Xәbәrlәr