“Azərbaycanla münasibətlərdə qismi irəliləyişin təmin olunacağına ümid edirik”, N.Paşinyan

Ermənistan Nazirlər Şurasının iclasında N.Paşinyan Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarla bağlı deyib...

1947476
“Azərbaycanla münasibətlərdə qismi irəliləyişin təmin olunacağına ümid edirik”, N.Paşinyan

 

  Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üzrə danışıqlarda qismən irəliləyişin əldə olunacağına ümid etdiyini bildirib.

  Ermənistan Nazirlər Şurasının iclasında N.Paşinyan Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarla bağlı deyib: “Azərbaycanla sülh və münasibətlərin qurulmasına dair saziş layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırdıq. Biz öz təkliflərimizi və barış layihəsinin mətnini rəsmi Bakıya ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT-in Minsk Qrupunun həmsədrliyi olan ölkələrə göndərdik. Mətni hər an imzalanmağa hazır olması məntiqi ilə işlədik. Bilirik ki, sülh layihəsi Azərbaycan üçün də məqbul olmalıdır. Üç raund danışıqlar nəticəsində qismi irəliləyişin təmin olunacağına ümid edirik”.

  Ermənistanın baş naziri Nikol Paşinyan müqavilənin mümkün qədər tez zamanda imzalanması üçün məsuliyyəti öz üzərinə götürməyə hər zaman hazır olduğunu deyib.

  Xatırladaq ki, Azərbaycan Ermənistanla 2022-ci ildə imzalanması nəzərdə tutulan saziş layihəsini 5 əsas prinsip əsasında hazırladı və Ermənistana təqdim etdi. Bundan sonra tərəflər arasında danışıqların iki raundu keçirildi. Sülh sazişi ilə bağlı üçüncü təkliflər paketi Ermənistana təqdim olundu. Lakin 2022-ci il dekabrın 23-də Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundu Ermənistanın iştirakdan imtina etməsindən sonra ləğv edildi.



Әlaqәli Xәbәrlәr