PKK/YPG terror təşkilatına daha bir ağır zərbə endirilib
Ölkəmizdə 10 vilayətdə baş verən zəlzələdən istifadə edərək Kilis Öncüpınar Sərhəd məntəqəsinin məsuliyyət bölgəsinə raketlərlə hücum edən separatçı terror təşkilatı PKK/YPG-ya ağır zərbə endirilib.
1942865
TRT xəbər verir ki bu barədə Milli Müdafiə Nazirliyi (MMN) məlumat yayıb. Bildirilib ki, terror təşkilatı PKK/YPG zəlzələdən istifadə edərək Suriyanın şimalında işğal etdiyi Tel Rıfatdan Öncüpınar Sərhəd Qoşunlarının məsuliyyət bölgəsinə hücum edib. Əsgərlərimizin itkisi olmayan xain hücumdan sonra başladılan əməliyyatda quldurlara ağır zərbə endirilib.